Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şuşa dünyanın mədəniyyət beşiyinə çevriləcək

0

  •            Şuşa yenilməz diyar. Şuşa dedikdə ilk öncə gözlərimizin önündə uca bir zirvədə qərarlaşan qartalı xatırlaya bilərik. Əsası Pənahəli Tərəfindən qoyulmuş, qala divarları ilə əhatələnmiş, relyefə uyğun olaraq küçələrinə təbii daşlardan örtük döşənmiş məşhur bir şəhər. Təkcə azərbaycanlılar deyil, rus və fransız alim və səyyahları da vaxtı ilə Şuşanın gözəlliyinə heyran qalmış və bu diyarın məhz məhz azərbaycanlılara məxsus olduğunu isbat etmişlər. Şuşada məşhur Bazar başı meydanı, qədim karvansaralar, məscidlər, Cıdır meydanı mövcud olmuşdur. Dahi şairlərin, musiqiçilərin və bəstəkarların yetişdiyi bu məkanda mədəni məclislər təşkil olunmuşdur. Hətta belə bir adət-ənənə mövcud olmuşdur ki, çayxanalarda elmi və maarifləndirici söhbətlər aparılırdı. Ulu öndər Heydər Əliyevin sovetlər dövründə Azərbaycana başçılıq etdiyi vaxt Şuşanın inkişafına önəm verdiyi göz önündə canlanır. Görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsi, şairə Natavanın, bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli musiqiçilər Bülbülün, Xan Şuşinskinin, Cabbar Qaryağdıoğlu və başqalarının ev muzeylərinin təşkili bunun bariz nümunəsidir. Müasir dövrdə də həmin məşhurların irsi öyrənilir və təbliğ olunur. 1992-ci il mayın səkkizi o vaxt mövcud olan səriştəsiz Azərbaycan hakimiyyətinin səhlənkarlığı nəticəsində Qafqazın musiqi beşiyi Şuşa ermənilər tərəfindən işğal edildi. Erməni faşistləri mədəniyyət abidələrini, cansız heykəlləri gülləboran etmişlər. Uzun illər davam edən danışıqlarda Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun davamçısı Ali Baş Komandan İlham Əliyev istər siyasi, istərsə də hərb yolu ilə işğal altında olan torpaqlarımızın, eynilə Şuşanın işğaldan azad ediləcəyini bəyan etmişlər. Nəhayət Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əks hücumu nəticəsində Şuşaya Zəfər yolu açıldı. Prezident İlham Əliyev 2021-ci ilin may ayında imzaladığı Sərəncamla Şuşa “Azərbaycan Mədəniyyət Paytaxtı” elan edildi. Bu Sərəncamla demək olar ki, Şuşa qədim musiqi beşiyi statusunu özünə qaytaracaq. Belə qənaətə gəlmək olar ki, bütün dünyada yeganə dili olan musiqi Şuşanı dünyanın mədəniyyət beşiyinə çevriləcək.  İmanov Ruhiyyə,Xocalı şəhər sakini, şəhid qızı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib58 dəfə
    Şuşa dünyanın mədəniyyət beşiyinə çevriləcək

    Maraqlı gələ bilər
    114
    46
    71
    61